“İndiki bəzi qızlar bir bəhanə tapıb boşanırlar” - NADİR QAFARZADƏ

  • By admin
  • 16 İyun 2017 18:30

Nadir Gafarzade

Tanınmış müğənni Nadir Qafarzadə şahidi olduğu hadisəni izləyiciləri ilə bölüşüb. 

Gununsesi.info-nun big.az-a istinadən verdiyi məlumata görə, Qafarzadə yolda bir cütlüyün söhbətinə qulaq şahidliyi edib və eşitdiklərini izləyiciləri ilə bölüşüb.

“Bu gün həm maraqlı, həm də acınacaqlı hadisənin şahidi oldum. Gənc ailə (hamilə gəlin) evə gəlir, yolda mübahisə başlanır.

Ər: Dedim axı o telefondan uzaq dur, yenə “İnstagram”da kimi dostluğa qəbul etmisən?
Gəlin: Eh, əl çək, rəfiqələrimdi! Sən özün gündə kiminlə yazışırsan, heç bir söz deyirəm?
Ər: Mənim belə şeylər xoşuma gəlmir. “İnstagram”ı, “Facebook”u bağla!
Gəlin: Əgər mənim getməyimi istəyirsənsə problem yoxdur.
Ər: Axı mən sənə nə dedim ki, bəhanə tapırsan getmək üçün?
Və sonda gəlin getdi atasıgilə. Siz nə düşünürsünüz dostlar, sizcə boş söz-söhbətdən ötrü ailəni dağıtmağa dəyərmi? İndiki qızların (bəzi) çoxları belədirlər, bir bəhanə tapıb boşanırlar”, deyə müğənni qeyd edib.

Gununsesi.info