İndiki məqamda türk generalının Müdafiə Nazirliyinə gətirilməsi vacib idi -ƏRƏSTUN ORUCLU

  • By admin
  • 11 Dekabr 2022 12:35

General Bəxtiyar Ersayın müdafiə naziri Zakir Həsənovun müşaviri təyin olunması xəbəri bir sıra müzakirələrə səbəb olub.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu haqda fikirlərini Gununsesi.info-ya açıqlayıb:

Onun sözlərinə görə, bu təyinat nədənsə bəzi insanlarda tərəddüdlər və suallar doğurub:

“Xatırladım ki, bundan əvvəl də Azərbaycanda Türkiyə hərbi müşavirləri olub.

Prezident Əbülfəz Elçibəyin dövründə onun türkiyəli hərbi müşaviri, Heydər Əliyevin dövründə isə hətta kiçik ordu birləşmələrində də türkiyəli hərbi müşavirlər olub. Hər iki halda onlar kənarlaşdırılıb, amma yenidən də’vət olunublar. Ümid edirəm, bu dəfə daha həmin yararsız təcrübə təkrar olunmaz”.

Türkiyə Azərbaycanın yeganə təbii müttəfiqidir və belə müttəfiqi olduğunu xatırladan ekspert deyir ki, bu bizim üçün əvəzsiz şansdır:

“Odur ki, buna narahat olmaq yox, sevinmək lazımdır. Xüsusilə də Cənubi Qafqaz və Azərbaycan ətrafında məkrli geosiyasi oyunların baş verdiyi bir dönəmdə bu vacibdir”.

Günay Təhməzova

Gununsesi.info