İndiki zamanda isə 70-90 yaşında olanlar hakimiyyətdədirlər

  • By admin
  • 14 Aprel 2024 00:18

ÖLÜMDƏN QORXMAQ LAZIMDIRMI?
Umberto Ekonun “Kibrit qutusu üzərində qeydlərim” kitabından:
“İnsanların tez dünyasını dəyişməsindən söhbət düşəndə ilk öncə Makedoniyalı İsgəndərlə Motsart yada düşür. Makedoniyalı İsgəndər 33 yaşında, Motsart isə 35 yaşında dünyasını dəyişib.
Beləliklə keçmiş zamanlarda insanlar çox tez ölürdülər. Uğurlarını çox gənc yaşlarında qazanırdılar. İndiki zamanda isə 70-90 yaşında olanlar hakimiyyətdədirlər. Davam edək, Bayron-36 yaşında, Qoqol -43 yaşında, Qodzano -33 yaşında, Kits – 26 yaşında, T. E. Qoffman 46-yaşında, Karavadjo-39 yaşında, Katull-33 yaşında, Kleyst – 34 yaşında, Lermontov-27 yaşında, Mopassan-43 yaşında, Novalis -29 yaşında, Everist Qalua – 20 yaşında, Novalis-29 yaşında, Paskal -39 yaşında, Rafael-37 yaşında, Spinoza -45 yaşında, Stivenson-44 yaşında, Fildinq – 47 yaşında, Şelli -30 yaşında , Şopen 39 yaşında, Modilyani-36 yaşında, Kafka 41 yaşında dünyasını dəyişib.
Qədimdə Mundus senescit- “dünya qocalır” deyərdilər və 40 yaşında ölərdilər. İndi isə Yuventus senescit – “gənclik qocalır” deyirlər.”

Etibar Əliyev

Millət vəkili