İndiyədək 80 mindən çox insan əfv olunub

  • By admin
  • 11 Mart 2022 11:28

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb.

Gununsesi.info-nun məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.

Nazirlik rəsmisi bildirib ki, 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, imzalanmış 32 əfv fərmanı ilə 3100-dən çox məhkum bağışlanıb.

Gununsesi.info