İndoneziya səfirliyi Azərbaycanda film çəkdirir – FOTOLAR

  • By admin
  • 25 Noyabr 2019 15:28

İndoneziya səfirliyinin təşəbbüsü ilə Dahi Nizaminin “Leyli və Məcnun” əsərinin motivləri əsasında Azərbaycanda film çəkilir. Məqsəd iki ölkə arasında mədəni əlaqələri genişləndirmək, daha da inkişaf etdirməkdir. Gununsesi.org xəbər verir ki, filmin çəkilişləri üçün İndoneziyadan 40 nəfərlik çəkiliş qrupu bir neçə gündür Bakıda çəkilişlərə başlayıb. Filmdə Leyli və Məcnun müasir versiyada təqdim olunur. Ekran işində aktrisa Zülfiyyə Eldarqızı da rol alıb. Filmin azərbaycanlı ailə ilə bağlı hissələri Şamaxıda Dəmirçi kəndində çəkilib. Aktrisanın sözlərinə görə, birgə layihələr xalqlarımız arasında mədəni əlaqələrin güclənməsinə də müsbət təsir göstərir. Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya ilə Azərbaycanın diplomatik və mədəni əlaqələrinin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir.

Qeyd edək ki, bu barədə Zülfiyyə Eldarqızı öz Facebook səhifəsində məlumat paylaşıb.

 

 

 

 

 

Gununsesi.org