İndoneziya sahilində 5 maqnitudalı zəlzələ olub.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Xidmətin verilənlərinə əsasən, yeraltı təkanların ocağı 94 km dərinlikdə olub. Zəlzələnin episentri İndoneziyanın Teun adasından 34 km cənubda yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Gununsesi.info