İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii hadisənin episentri təxminən 70 min nəfər əhalisi olan Paqar Alam şəhərindən 83 km cənub-qərbdə, zəlzələ ocağı 61 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.
Gununsesi.info