İndoneziya sahillərində daha bir zəlzələ olub

  • By ilhame
  • 24 Mart 2024 09:11

İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ zəlzələ qeydə alınıb.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Təbii hadisənin episentri təxminən 77,2 min nəfər əhalisi olan Ende şəhərindən 85 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info