İndoneziya sahillərində iki güclü zəlzələ olub

  • By admin
  • 08 Noyabr 2023 11:47

İndoneziya sahillərində Banda dənizində 6,7 və 7,1 bal gücündə iki güclü zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bir-birinin ardınca baş verən zəlzələlərin episentri İndoneziyanın Maluku əyalətindən təxminən 340 kilometr cənubda yerləşib. Zəlzələlərin mənbəyi 10 km dərinlikdə olub.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur. Sunami xəbərdarlığı verilməyib.

Gununsesi.info