İndoneziya yeni prezidenti seçir

  • By admin
  • 14 Fevral 2024 16:05

İndoneziyada 204 milyona yaxın seçici yeni prezident, vitse-prezident, rayon rəhbərləri və qubernatorları seçmək və parlamentin tərkibini müəyyən etmək üçün səsverməyə gedib.

Gununsesi.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və saat 13:00-da başa çatıb.

Ölkənin bir sıra rayonlarında əlverişsiz hava şəraiti və leysan yağışları səbəbindən seçki məntəqələri gec açılıb. O cümlədən, tufan və daşqın səbəbindən 10 kənddə seçkilər təxirə salınıb.

Qeyd olunur ki, səslərin hesablanması artıq başlayıb və rəsmi nəticələrin elan edilməsi bir ay çəkə bilər.

Namizədlərdən biri 50 faizdən çox səs toplamasa, prezident seçkilərinin ikinci turu iyunun 26-da keçiriləcək.

Fevralın 10-da seçki kampaniyasının rəsmən başa çatdığı ölkədə prezidentliyə üç namizəd mübarizə aparır. Xüsusilə, hazırkı müdafiə naziri Prabovo Subianto, Mərkəzi Yavanın keçmiş qubernatoru, 55 yaşlı Gəncər Pranovo və Cakartanın keçmiş qubernatoru Anies Basvedan prezidentlik uğrunda yarışır.

Eyni zamanda, hazırkı prezident Coko Vidodonun oğlu Cibran Rakabuminq Raka yeni vitse-prezident ola bilər.

 

Gununsesi.info