İndoneziyanın Papua əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info ABŞ Geoloji Xidmətinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi Cayapura şəhərindən 131 kilometr cənub-qərbdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.
Gununsesi.info