İyulun 23-də İndoneziyanın Sulavesi adası yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Gununsesi.info-nun xəbərinə görə, yerli vaxtla saat 7:55 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Tinaboqan yaşayış məntəqəsindən 65 kilometr cənubda, ocağı 55,8 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Gununsesi.info