İndoneziyada 5,5 bal gücündə zəlzələ qeydə alındı

  • By admin
  • 23 İyul 2017 19:15

zelzele

İyulun 23-də İndoneziyanın Sulavesi adası yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, yerli vaxtla saat 7:55 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Tinaboqan yaşayış məntəqəsindən 65 kilometr cənubda, ocağı 55,8 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Gununsesi.info