İndoneziyada daşqın və torpaq sürüşməsi: - 20 nəfər ölüb

İndoneziyanın Sumatra adasında daşqın və torpaq sürüşməsi nəticəsində 20 nəfər həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, dağ yamaclarından axan palçıq və uçan qayalar kəndlərdə fəlakətə səbəb olub. Şimali Sumatranın dörd bölgəsində çayların daşması nəticəsində bəzi evlər və təsərrüfatlar dağılıb.

Karo bölgəsində 10, Deli Serdanq bölgəsində 4, Cənubi Tapanulidə 2, Padanq Lawasda 4 nəfərin cəsədi olmaqla ümumilikdə 20 nəfər həyatını itirib.

Qeyd edək ki, milyonlarla insanın dağlıq ərazilərdə yaşadığı 17 min adadan ibarət İndoneziyada oktyabrdan mart ayına qədər davam edən yağışlar tez-tez daşqın və sürüşmələrə səbəb olur.

Orxan Saffari

Gununsesi.info