İndoneziyada fəlakət qurbanlarının sayı 96-ya çatdı

  • By admin
  • 18 Yanvar 2021 10:49

İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində baş vermiş zəlzələ və daşqınlar nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb.

 

Gununsesi.org APA-ya istinadla xəbər verir ki, bu barədə “Sinhua” agentliyi İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Qərbi Sulavesi əyalətində baş verən 6,2 bal gücündə zəlzələ və 5,9 bal gücündə təkrar təkanlar nəticəsində ümumilikdə 81 nəfər ölüb. Agentliyin nümayəndəsi Raditya Catinin sözlərinə görə, yanvarın 14-də güclü yağışların yaratdığı daşqınlar Cənubi Kalimantan əyalətində 15 nəfərin ölümünə səbəb olub.

Vilayət rəhbərliyi tərəfindən fəlakət bölgələrindən təxminən 70 min insan təxliyə olunub. Qərbi Sulavesidə zəlzələ 1000-dən çox yaşayış binasını dağıdıb. Vilayətdə xilasetmə işləri hazırda da davam edir.

Gununsesi.org