İndoneziyada FƏLAKƏT: 11 nəfər öldü

  • By admin
  • 10 Yanvar 2021 15:30

İndoneziyanın Yava adasında güclü yağışların səbəb olduğu torpaq sürüşmələrində azı 11 nəfər həyatını itirib, 18 nəfərin isə yaralandığı bildirilir.

Gununsesi.info xəbər verir ki, Qərbi Yava bölgəsində yerləşən Cihanjuanq kəndində dünən yağan güclü yağışlardan sonra iki sürüşmə hadisəsi qeydə alınıb, çox sayda evə ciddi ziyan dəyib.

Sürüşmələrin baş verdiyi bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur.

Gununsesi.info