İndoneziyada güclü zəlzələ: Ölənlər və yaralananlar var - VİDEO/FOTOLAR

İndoneziyada güclü zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

HTML tutorial

Zəlzələ yerli vaxtla saat 06:28-də (Bakı vaxtı ilə 10:28) qeydə alınıb.

Yeraltı təkanların episentri Papua əyalətinin Cayapura şəhərindən 10 kilometr aralıda yerləşib.

Müxtəlif mənbələrdə 5,1-6,3 bal gücündə olduğu deyilən zəlzələnin ocağı 43 kilometr dərinlikdə olub.

Sosial şəbəkələrdə yolların dağılması və binaların çökməsi barədə görüntülər var. Həmçinin yerli mediada ölənlərin və xəsarət alanların olduğu bildirilir.