İndoneziyada qəzaya uğrayan “Boeing 737-500” təyyarəsinin “qara qutu”su tapılıb (VİDEO)

  • By admin
  • 11 Yanvar 2021 13:22

İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb.

Bu barədə “Son Dakika” xəbər yayıb.

Milli Axtarış və Xilasetmə Agentliyi rəsmiləri qalıqların dənizin 23 metr dərinliyindən tapıldığını və bölgədə genişmiqyaslı axtarışların davam etdiyini bildirib.

“Qara qutu” və aşkarlanan digər hissələr böhran mərkəzinə gətirilib.

Hələlik qəzanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Cakarta hava limanından havaya qalxan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi uçduqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən dənizə düşüb.

Təyyarə Cakartadan Pontianak istiqamətində hərəkət edirdi. Göyərtədə 62 nəfər – 56 sərnişin və altı heyət üzvü olub.