İndoneziyada şaxta çöküb, ölənlər var

  • By admin
  • 30 Avqust 2020 20:40

İndoneziyada Bank-Belitung əyalətində şaxta çöküb.

Gununsesi.info bildirir ki, bu barədə “Sinxya” agentliyi məlumat yayıb. İlkin məlumata görə hadisə zamanı ən azı 3 nəfər ölüb.

Qeyd edilir ki, insident 29 avqustda axşam saatlarında baş verib. Həmin zaman şaxtaçılar 12 metr dərinlikdə olublar.

Agentliyin nümayəndəsi hadisə ilə bağlı bunları bildirir:

“Şaxta qəflətən çöküb. Orada 6 nəfər olub. 3-nün meyiti tapılıb. Digər 3 nəfər itkin düşüb”.

Ehtimal olunur ki, çökməyə bir neçə gün davam edən leysan yağışlar səbəb olub.

 

 

Gununsesi.info