Antara xəbər agentliyi vulkanik müşahidə məntəqəsindən əldə edilən məlumatlara istinadən bildirib ki, İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru dağında ən azı dörd püskürmə qeydə alınıb.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Mütəxəssislərin fikrincə, kül püskürməsi vulkanın kraterindən 1000 metr yuxarıya (dəniz səviyyəsindən 4676 metr yüksəkliyə) çatıb. Hakimiyyət orqanları yerli sakinlərə və turistlərə püskürən isti qayaların təhlükəsi səbəbindən kraterdən 5 kilometr məsafədə qalmağı tövsiyə edib.
Qeyd olunur ki, püskürmələr zamanı vulkandan şimal-şərq istiqamətində ağ və boz kül püskürüb.
Orxan












