İndoneziyada zəlzələ baş verib

  • By admin
  • 29 May 2018 00:44

İndoneziyanın Sumbava adası sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info APA-ya istinadən bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 03:25-də qeydə alınan yeraltı təkanların episentri Bima şəhərindən 115 km cənubda, ocağı 2 km dərinlikdə yerləşib.

 Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.