İndoneziyada zəlzələdə ölənlərin sayı 53-ə çatdı

  • Müəllif: Firuzə
  • 17 Avqust 2026 19:09

İndoneziyanın Flores bölgəsində baş verən 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 53-ə çatb, 135 nəfər yaralanıb.

Gununsesi.info  xarici mediaya istinadla xəbər verir ki, təbii fəlakətlə əlaqədar ərazidə 14 günlük fövqəladə vəziyyət elan edilib.

Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 5 minə yaxın sakin sığınacaqlara yerləşdirilib. Axtarış-xilasetmə işləri elektrik kəsintiləri fonunda davam etdirilir.

Gununsesi.info