İndoneziyadan Myanmara sərt xəbərdarlıq

  • By admin
  • 05 Sentyabr 2017 11:55

04
Myanmarın Arakan əyalətində son günlərdə müsəlmanlara qarşı Myanma ordusunun törətdiyi qətliam ilə əlaqədar İndoneziya xarici işlər naziri Retno Marsudi ilə Myanmar ordusunun baş komandiri general Min Aunq Hlainq arasında telefon danışığı baş tutub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı İndoneziya tərəfinin təşəbbüsü ilə gerçəkləşib.

Belə ki, söhbət zamanı R.Marsudi Arakan əyalətində müsəlmanlara qarşı törədilən qətliamlara son qoyulması ilə bağlı xəbərdarlıq edib.

Eyni zamanda nazir R.Marsudi Myanma ordusunun Arakan əyalətində müsəlmanlara qarşı törədilən qətliamlara son qoyulmasını və Arakan əyalətində sabitliyin təmin olunması istiqamətində lazımi tədbirlərin görülməsinin vacibliyini general Min Aunq Hlainq diqqətinə çatdırıb.

Myanmar ordusunun baş komandiri general Min Aunq Hlainq isə bildirib ki, hazırda Myanmar ordusu Arakan bölgəsində təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirir.

Anar
Gununsesi.info