İndoneziyanın paytaxtında partlayış baş verdi, ölənlər var - YENİLƏNİB

  • By admin
  • 25 May 2017 00:02

partlayis

İndoneziyanın paytaxtı Cakartada bir-birinin ardınca iki partlayış baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 polis əməkdaşı yaralanıb.

Partlayışların avtobus dayanacağında baş verdiyi, ölənlərdən birinin terrorçu-kamikadze olduğu ehtimal edilir. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

***

Cakartada baş verən iki partlayış nəticəsində 3 polis əməkdaşı ölüb.

Hadisə nəticəsində 10 nəfər yaralanıb, onlardan 5-in asayiş keşikçisi olduğu bildirilir. Partlayışlar avtobus dayanacağında baş verib.

Gununsesi.info