İnflyasiya 2024-cü ildən normallaşacaq - AMB-nin PROQNOZU

  • By admin
  • 23 İyun 2022 14:43

Cari inflyasiyanın davametmə müddəti əmək bazarının bərpası, təchizat zəncirindəki maneələr, mərkəzi bankların reaksiyası, geosiyasi gərginliyin davametmə müddəti və onun enerji və ərzaq qiymətlərinə, eləcədə qlobal iqtisadi aktivliyə təsirindən asılı olacaq.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev bildirib.

E.Güləliyev qeyd edib ki, BVF-nın aprel hesabatının proqnozlarına görə 2022-ci ilin sonuna qlobal inflyaisya 7.4%, o cümlədən İEÖ-də 5.7, İEOÖ-də isə 8.7% səviyyəsində gözlənilir:

“2023-cü ildə İEÖ-də inflyasiya proqnozu azaldılsa da, İEOÖ üzrə daha qalıcı və yüksək olacağı proqnozlaşdırılır. Habelə ərzaq inflyasiyasının ilin sonuna qədər yüksək qalacağı – təxminən 14% ətrafında olacağı gözlənilir.

Mütəxəssilərin gözləntiləri inflyasiyanın 2024-cü ildən sonra normallaşma trayektoriyasına qayıdacağını deməyə əsas verir. Geoiqtisadi və geosiyasi gərginliyin azalması daxil olmaqla, qlobal tələb-təklifin balanslaşması, tədarük və logistika kanallarının bərpası, eyni zamanda yüksək baza effekti buna imkan verə bilər.

Orta müddətli dövrdə ölkələr üçün əsas siyasət prioritetləri, inflyasiya ilə mübarizə, iqtisadi aktivliyi qorumaq, ərzaq təchizatını gücləndirmək, dayanıqlı məşğulluğu təmin etməkdir”.

Gununsesi.info