İnflyasiya proqnozu dəyişməyəcək - AMB sədri

Azərbaycanda kredit faizi hüquqi və fiziki şəxslər üzrə artırılarsa, inflyasiya kəskin arta bilər.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

“Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil. Mərkəzi Bankın proqnozlarına görə, bu ilin sonuna kimi inflyasiya 8,3% olacaq. Biz bunu bir neçə səbəbə görə yenidən açıqlamışıq və dəyişməyəcək”, – deyə AMB sədri vurğulayıb.

Gununsesi.info