Bu gün məlumat əldə etmək çox asandır. Telefonu açan kimi qarşımıza saysız-hesabsız yazılar çıxır.
Xəbərlər, görüntülər və müxtəlif paylaşımlar bir-birini əvəz edir. İnsan istəmədən onların hamısına baxmağa başlayır. Vaxtın necə keçdiyini isə hiss etmir. Hər məlumat faydalı olmur. Bəziləri heç bir dəyər daşımır.
Buna baxmayaraq, insanlar onları da oxuyur. Günün sonunda saatlarla vaxt itirilmiş olur. Oxunanların çoxu isə yadda qalmır. Beyin davamlı məlumat qəbul etdikcə yorulur. Diqqəti bir işə yönəltmək çətinləşir.
İnsan tez-tez fikrini dəyişir. Bu da işin keyfiyyətinə təsir edir.
Dərs oxuyanlar da, işləyənlər də bunun təsirini hiss edir. Hər gördüyümüz məlumata inanmaq da düzgün deyil.
Yanlış məlumatlar insanı çaşdıra bilər. Ona görə də oxuduqlarımızı seçmək lazımdır.
Əsad odur ki, etibarlı qaynaqlara üstünlük vermək vacibdir. Lazımsız məlumatlardan uzaq durmaq vaxtımıza qənaət edir. Bu həm də düşüncəmizi rahatlaşdırır.
Gün ərzində telefondan bir qədər uzaq qalmaq faydalıdır. Kitab oxumaq və ya sakit vaxt keçirmək daha yaxşı seçim ola bilər.
Çox məlumat insanı ağıllı etmir. Doğru seçilmiş və faydalı məlumat isə həm düşüncəni aydınlaşdırır, həm də insanın inkişafına kömək edir.
Banu












