“İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

  • By admin
  • 21 Sentyabr 2016 13:04

mudafiə
Müdafiə Nazirliyinin, qoşun növləri və qisimlərinin, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iştirakçılara Silahlı Qüvvələrdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik, müasir dövrdə informasiya texnologiyalarının üstünlükləri, mövcud problemlər, onların həlli yolları mövzularında məruzələr və brifinqlər təqdim olunub.
Konfrans iştirakçıları profilaktiki və qabaqlayıcı tədbirlər, müasir döyüşlər, eləcə də hərbi dəniz və hərbi hava qüvvələri əməliyyatlarının idarə edilməsi zamanı informasiya təhlükəsizliyi və digər mövzularda ətraflı fikir mübadiləsi aparıblar.

Anar

Gununsesi.info