İnformasiya texnologiyalarının inkişafı və müasir tələblər nəzərə alınaraq informasiya xidmətlərinin göstərilməsi ilə bağlı mövcud qaydaların yenidən işlənilməsi planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bu çərçivədə “Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı”, “İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları”, “İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları”, “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri” və “Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları”nın yenilənməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2012-ci il tarixli, 158 saylı qərarının yenidən işlənilməsi planlaşdırılır.
Yenidən işlənmə prosesində informasiya texnologiyalarının inkişafı, rəqəmsallaşma və müasir informasiya mühitinin tələbləri əsas götürüləcək.
Qeyd olunur ki, dəyişikliklərin məqsədi informasiya xidmətlərinin daha şəffaf, səmərəli və müasir standartlara uyğun şəkildə təşkil edilməsini təmin etməkdir.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edir. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan
Gununsesi.info










