Millət vəkili, prezidentliyə namizəd-BAXCP sədri Qüdrət Həsənquliyev ölkədə ingilis dilinin öyrənilməsin vacib olduğunu deyib.
Gununsesi.info-nun xəbərinə görə, belə ki, martın 28-də İTV-də prezidentliyə namizdədlərin növbəti teledebatında çıxışı zamanı Q. Həsənquliyev Azərbaycanda ingilis dilinin geniş yayılması üçün dövlət proqramı qəbul olunmalıdır.
“İngilis dili diplomatiya, biznes dilidir. İngilis dili elm dilidir. Dünyada elmə yiyələnmək üçün və yaxud ölkəni inkişaf etmiş ölkələr sırasına çıxartmaq üçün mütləq bu dili öyrənmək lazımdır. Ona görədə Azərbaycanda bu dilin öyrənilməsi ilə əlaqədar olaraq xüsusi dövlət proqramı qəbul olunmalıdır. Bölgələrdə ingilis dilinin öyrənilməsi ilə bağlı vəziyyət çox bərbaddır”.
Gununsesi.info