İngilis mediasının Türkiyə analizləri: “Gərgin gecənin üstünlüyü Ərdoğanda görünür” – BBC

  • By admin
  • 15 May 2023 19:28

İngiltərənin tanınımış media qurumu BBC yayım qurumu Türkiyədəki seçkilər barəsində yazıb

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, BBC seçkilərlə bağlı “Gərgin gecənin üstünlüyü Ərdoğanda görünür” başlığını atıb.

Yazıda Cmhur İttifaqının Parlamentdə çoxluq qazandığı vurğulanır və Ərdoğanın ipləri əllərinə alması önəmlə vurğulanır.

 

Ekonomist dərgisi isə yazısında Rəcəb Tayyib Ərdoğanın “avtoritar bir lider” olduğunu yazaraq “Ərdoğanın kəskin zəfərindən başqa ölkədəki müxalifətin xəyal edə biləcəyi ən pis nəticə” cümləsinə yer verib.

Dərgi 14 maydan öncəki dönəmdə hər iki tərəfin həm Parlament, həm də Prezidentlik yarışında güclü və sürətli şəkildə hazırlaşdığını vurğulayıb. Alınan nəticələri buna uyğun görüb.

 

Ərdoğanın 49,4 % səs alacağını həm anketçilər, həm də Kamal Kılıçdaroğlu tərəfindən təxmin edilmədiyi vurğulanır.

The Guardian qəzeti isə iki səhifəsini Türkiyə seçkilərinə ayırıb: “Yüksək iştiraklı Türkiyə seçkiləri ikinci tura getməkdədir”

İndependent qəzeti isə “Türkiyədəki seçkilər başa-baş mübarizənin ardından ikinci tura getməkdədir”, başlığını yazıb.

Xəbərdə Sinan Oğanın hər iki namizədin qələbəsinin qarşısını alan faktor olduğu yazılır.

 

Tərcümə: Arzu

Gununsesi.info