İngilis şahzadəsinin vəsiyyəti gizli qalacaq

  • By admin
  • 17 Sentyabr 2021 14:16

Böyük Britaniya şahzadəsi II Yelizavetanın həyat yoldaşı şahzadə Filipin vəsiyyəti ən azı 90 il gizli saxlanılacaq.

Gununsesi.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Britaniya Ali Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, vəsiyyətnamə möhürlənəcək, qeydə alınacaq və sürəti məhkəmədə saxlanılmayacaq.

Qeyd edilir ki, şahzadə vəsiyyətnaməsində mirasından söz açmayıb. Bildirilib ki, kraliça ailəsinin şərəf və ləyaqətinin gizli saxlanılması üçün vəsiyyətnamənin müddəti 90 ildən sonra da artırıla bilər.

Qeyd edək ki, şahzadə Filip 9 apreldə 100 yaşında dünyasını dəyişib.

Gununsesi.info