İngilislər Rusiyanı Avro-2016-dan uzaqlaşdrmağı tələb edir

  • By admin
  • 13 İyun 2016 12:06

 incident _ between england and russian fans

Gununsesi.info The Tekegraph-a istinadən xəbər verir ki, belə bir təkliflə İngiltərə futbol azarkeşləri Assosiasiyasının lideri Kevin Maylz çıxış edib. O, Rusiyanı rus futbol fanatlarının hərəkətlərinə görə çempionatdan uzaqlaşdımağın vacibliyini qeyd edib. Assosiyasiya liderinin sözlərinə görə, rus fanatlarıın hərəkətindən sonra İngiltərənin Avro-2016-cı ildə iştirakı təhlükə altındadır:”Biz rus fanatların özlərini apara bilməməsi və ciddi problemlərin yaratdığının şahidi olduğumuzdan, biz belə bir təhlükəni istisna etmirik”.

K.Maylz onu da deyib ki, əgər Rusiya-İngiltərə matçı başqa bir stadiona köçürülsəydi, azarkeşlər arasında belə bir qarşıdurma yaranmazdı. Maylz eyni zamanda yerli futbol azarkeşlərini də qınayıb və bildirib ki, onlar günahı bizdə görürlər: “İngilətə azarkeşlərinə ona görə hücum oldu ki, onlar İngiltərə futbolunun fanatlarıdır”.

Gununsesi.info