Böyük Briyaniyanın baş naziri Keir Starmer ölkəni əhatə edən aşırı sağçılarla mübarizə aparmaq üçün təcili iclas keçirməyə qərar verib.
Eyni zamanda baş nazir Keir Starmer ölkəni bürüyən iğtişaşlarla mübarizə aparmaq üçün peşəkar polisdən ibarət “xüsusi qüvvə” yaradılacağını açıqlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Londonda baş nazirin iqamətgahının yerləşdiyi Downing Street 10 ünvanının qarşısında verdiyi açıqlamada o, ötən həftə ölkəni sarsıdan şiddətli toqquşmalar zamanı həbs olunan təxminən 400 nəfər üçün ədalət sisteminin də “sürətləndiriləcəyini” söyləyib.
Starmer nümayişçilərin hərəkətlərini “etiraz deyil”, “saf zorakılıq” kimi qiymətləndirərkən, “Məscidlərə və müsəlman icmamıza edilən hücumlara dözməyəcəyik”,- deyə bildirib.
Starmer hadisələrlə bağlı sosial mediada dezinformasiya yayanları günahlandırdıqdan sonra kabinet nazirləri və kəşfiyyat rəsmiləri ilə “Kobra” adlı təcili bir iclas keçirib.
Günel Həsənova
Gununsesi.info