“İngilis donanmasının arsenalında olan 7 ədəd sualtı qayıq işlək vəziyyətdə deyil”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “The Sun” qəzeti məlumat yayıb.
Belə ki, xəbərdə bildirilib ki, İngiltərənin Kral Donanmasına aid 7 ədəd hücum sualtı qayığı müxtəlif səbəblərədən işləmədiyini və bundan İngiltərənin Baş naziri Tereza Meyin xəbərsiz olduğu bildirilir.
“The Sun” qəzetinin yazdığına görə, müdafiə nazirliyinin rəsmilərinin Baş naziri Tereza Meyin məsələyə verəcəyi reaksiyasından çəkindikləri üçün bu barədə xəbər verməyiblər.
İngiltərənin Kral Donanmasının arsenalında olan 4 ədəd “Trafalgar” sualtı qayıq son dönəmlərini yaşadığı bildirilir. Bundan əlavə olaraq donanmanın istifadəsində olan daha 5 ədəd sualtı qayıq təmirə dayanıb. Hazırda İngiltərənin Kral Donanmasında yenicə sınaqdan keçən “HMS Astute” sualtı qayıq dəniz sularında növbədədir.
“The Sun” qəzetinin yazdığına görə, İngiltərənin Kral Donanması bu vəziyyətdə dəniz ticarət yollarında patrul xidməti həyata keçirə bilmir. Bu dəniz yollarının İran tərəfindən bağlanma təhlükəsi altında olduğunu və Şimali Atlantikada Rus sualtı qayıqlarına qarşı müdafiəsiz qalıb.
Anar
Gununsesi.info