İngiltərə erkən seçkiyə gedir

  • By admin
  • 18 Aprel 2017 16:14

terezamay

Avropa İttifaqından ayrılmağa qərar verən İngiltərə erkən seçkiyə gedir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 18-də Britaniyanın Baş naziri Tereza Meyin iştirakı ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

Belə ki, T. Mey toplantıdan sonra mətbuata erkən seçki qərarı ilə bağlı sürpriz açıqlama verib: “İyunun 8-də İngiltərə erkən seçkilər keçiriləcək. Sabah bu məsələ bir daha parlamentin aşağı palatasında müzakirə olunacaq” -, deyə Tereza Meyin bildirib.

Qeyd edək ki, İngiltərədə erkən seçkinin baş tutması üçün parlamentdə təmsil olunan 650 millət vəkilnin 3-də 2-si buna səs verməlidir.

Anar
Gununsesi.info