İngiltərə futbolunda yeni sistemdən istifadə olunacaq ki…

  • By admin
  • 01 Avqust 2017 00:10

avropa-futbol

2017/18 mövsümündə İngiltərə futbolunda yeni sistemdən istifadə olunacaq.

Gununsesi.info-nun Apasport.az saytına istinadən məlumatına görə, İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.

Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s.

Bu üsulu tennisdəki tay-brekə də bənzətmək olar.

Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür.

Gununsesi.info