İngiltərə klubları peyvənd olunmayan futbolçuların ayrı məşq etməsini istəyir

  • By admin
  • 19 Dekabr 2021 18:07

Dekabrın 20-də İngiltərə Premyer Liqasının fövqəladə iclası keçiriləcək.

Gununsesi.info  “Dialy Mail”ə istinadən xəbər verir ki, toplantıda koronavirus infeksiyasının yayılma riskinin artması səbəbindən çempionatın mümkün dayandırılması müzakirə olunacaq.

HTML tutorial

Bəzi klublar peyvənd olunmamış futbolçuların ayrı məşq edərək oyunlara getməsini istəyir. Bundan əlavə, klublar Premyer Liqa rəhbərliyindən daha sərt protokollar tələb edəcək.

Qeyd edək ki, bu gün keçirilməli olan 5 qarşılaşma komandalarda koronavirusun yayılmasına görə təxirə salınıb.

Gununsesi.info