İngiltərə kralı məscidə yırtıq corabla gəlib - FOTO

  • By admin
  • 10 Fevral 2023 09:07

İngiltərə kralı III Çarlz yırtılmış corabla məscidə gələrək gülüş hədəfinə çevrilib.

Məlumata görə, əlahəzrət heç vaxt dəb meyllərini izləməyə çalışmır, lakin zamanın sınağından çıxmış sevimli modellərinə üstünlük verir. Bəzən bu modellər də onun sahibini əlverişsiz vəziyyətdə qoyur.

Hadisə ilə bağlı Britaniya ictimaiyyəti iki hissəyə bölünüb. Bəziləri baş verənləri normal hal kimi qəbul edərək kralın köməkçilərinə əlahəzrətə yeni corab almağı məsləhət görüblər. Onlar III Çarlzın da “hər kəs kimi bir insan” olduğunu bildiriblər.

Digərləri isə hadisəni öncədən qurulmuş teatr adlandırıb, Karl və onun tabeliyində olanları qınayıb.

Xatırladaq ki, III Çarlz 2022-ci il sentyabrın 8-də Kraliça II Elizabetin ölümündən sonra kral olub.