İngiltərə kralına xərçəng diaqnozu qoyuldu

  • By admin
  • 06 Fevral 2024 12:11

Bu yaxınlarda prostat vəzinin böyüməsi ilə əlaqədar xəstəxanada müalicə alan və sonra evə buraxılan İngiltərə kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğu bildirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” SKY News-a əsaslanaraq məlumat yayıb.

Bukinhem Sarayından verilən yazılı açıqlamada Kral Çarlzın xoşxassəli prostat hiperplazisi səbəbiylə xəstəxanaya getməsindən sonra edilən testlərdə bir xərçəng növü aşkar edildiyi bildirilib. Xərçəngin hansı növü olduğu barədə ətraflı məlumat verilməsə də, bunun prostat xərçəngi olmadığı vurğulanıb.

75 yaşlı Kral Çarlzın müntəzəm müalicəyə başladığı və həkimlərin ona bu müddət ərzində dövlət vəzifələrini təxirə salmağı tövsiyə etdiyi açıqlanıb.

Bundan əlavə, açıqlamada şayiələrin qarşısını almaq üçün kralın xərçəng diaqnozunu ictimaiyyətlə paylaşdığı qeyd edilib.

Gununsesi.info