Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin İşçi Partiyasının müxalifətçi lideri Jeremi Korbinin PKK-nı dəstəklədiyi iddia edilir.
“The Times” qəzetində yer alan xəbərdə PKK-nın 2001-ci ildən İngiltərənin qadağan olunmuş terror təşkilatları sırasında olduğu xatırladılıb. Həmçinin, bildirilib ki, Korbi “Kürdüstanda sülh” adı altında, əslində, PKK-nın həmin qadağa siyahısından çıxarılmasını arzulayır. Xəbərdə adı açıqlanmayan bir şəxsin İşçi Partiyasının liderinin PKK-nı dəstəklədiyi ilə bağlı fikirlərinə də yer verilib.
Nigar Cəfərli
Gununsesi.info