İngiltərə parlamentində gərgin anlar: istefa zəlzələsi bu gün də davam edib/VİDEO

İngiltərədə maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavidin istefaları ölkə gündəminə bomba kimi düşüb. Bu istefaların əks-sədaları davam edərkən, bu gün Consonun kabinetində yarpaq tökülməsi baş verdi. Britaniya parlamenti istefalardan sonra növbədənkənar toplaşıb. İclasda söz alan deputatlar “işimə davam edirəm” bəyanatı verən baş nazir Consonu istefaya dəvət ediblər.

Gununsesi.info xəbər verir ki, Böyük Britaniyanın səhiyyə naziri Sajid Cavid və maliyyə naziri Rishi Sunak dünən 10 dəqiqə fərqlə istefa veriblər və Baş nazir Boris Consonun administrasiyasına “etimadı itirdiklərini” deyiblər. Ölkədə siyasi böhrana səbəb olan qərarlardan sonra istefa zəlzələsi bu gün də davam edib. Will Quince Ailə və Uşaq Nazirinin müavini vəzifəsindən, Laura Trott isə müşavir vəzifəsindən istefa verib.

HTML tutorial

İSTEFALAR GƏLMƏYƏ DAVAM EDİR

Bir neçə dəqiqə sonra bu dəfə dövlət katibi Robin Uoker kreslosunu tərk etdiyini açıqladı. Ədliyyə naziri Viktoriya Atkins “Biz bundan daha yaxşı ola bilərik və olmalıyıq” deyərək istefa verib. Felicity Buchan isə istefa ərizəsini Baş nazir Consona təqdim edərək, “Bu gün Parlamentin Biznes, Enerji və Sənaye Strategiyası Departamentində özəl katib vəzifəsindən istefa ərizəmi təqdim etdiyim üçün çox kədərlənirəm” dedi.

İŞİMƏ DAVAM EDİRƏM

“Hökumət dağılır” iddialarından sonra geri qaytarılan baş nazir Boris Conson İngiltərə parlamentində açıqlamalar verib. Reaksiyalara cavab verən Conson, “İşimə davam edirəm” dedi; lakin o, hökuməti davam etdirə bilməsə, kreslosunu tərk edəcəyini də söyləyib.

ŞƏRƏFLİ OL ÇƏKİL

Onun kabinetində yarpaq töküldükdən sonra Consonun istefa təzyiqi artdı və parlamentdəki deputatlar “Ləyaqətlə davranın, geri çəkilin” çağırışı edib.

Ana müxalifətdəki İşçi Partiyasının lideri Keir Starmer ilkin qiymətləndirməsində “Hökumətin çökdüyü aydındır” dedi. “Britaniya xalqını aldatmaq olmaz. Mühafizəkarlar Partiyası murdardır və insanı dəyişmək onu düzəldə bilməz”, – Starmer deyib.

Gununsesi.info