
“Aston Villa” klubu baş məşqçisi Unay Emeri ilə müqavilə müddətini uzadıb.
Gununsesi.info İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis 2029-cu ilə qədər “şirlər”ə rəhbərlik edəcək.
Qeyd edək ki, ispaniyalı çalışdırıcı 2022-ci ildən “Aston Villa”da çalışır. Onun komandası cari mövsüm İngiltərə Premyer Liqasını 4-cü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
Gununsesi.info