İngiltərə Premyer Liqası koronavirusa görə dayandırılmayacaq

  • By admin
  • 21 Dekabr 2021 11:43

Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa kütləvi yoluxma halları səbəbindən 2021/2022 mövsümünün mümkün dayandırılması ilə bağlı fövqəladə iclas keçirilib.

Gununsesi.info xəbər verir ki, toplantıda hazırkı vəziyyətə baxmayaraq, ölkə çempionatının davam etdirilməsinə qərar verilib.

HTML tutorial

Bildirilib ki, hazırda hər hansı turun təxirə salınması belə, nəzərdə tutulmur.

Qeyd edək ki, Premyer Liqanın XVI, XVII və XVIII turlarının bəzi oyunları koronavirusa görə baş tutmayıb. Həmçinin çempionatın XVIII turunun 10 görüşündən 6-sı keçirilməyib.

Gununsesi.info