Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ-ın Suriyaya hücum edəcəyi təqdirdə ölkəsinin də bu əməliyyatlara qatılacağını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Mey əməliyyatlarda iştirakdan dolayı parlamentin qərarını gözləməyəcək.
Qeyd edək ki, bundan öncə “Tayms” qəzeti İngiltərənin bu hücumda iştirak etməyəcəyini bildirmişdi.
Gununsesi.info