
Böyük Britaniyanın çarter aviaşirkəti “Thomson Airways”ə məxsus təyyarə ABŞ-da təcili eniş etməli olub.
“Qafqazinfo”nun “The Sun” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb iki stüardessanın huşunu itirməsi olub.
Nəşrin məlumatına görə, hadisə mayın 21-də olub.
Qeyd olunur ki, göyərtəsində 345 sərnişin olan təyyarə Orlando şəhərindən İngiltərənin Bristol şəhərinə uçmalı imiş. Lakin bir neçə dəqiqə sonra stüardessalar yerə yıxılıb, pilot və 14 sərnişin isə özünü pis hiss edib. İlkin məlumatlara görə, bu, zəhərli qaza görə baş verib.
İnsident nəticəsində təyyarə hava limanına qayıdıb. Tibb işçiləri zərər görənlərin nəfəsalma prosesini normallaşdırmaq üçün onlara oksigen maskaları taxıblar.
Bundan başqa, 5 nəfər müayinə üçün xəstəxanaya, digər sərnişinlər isə hotellərə yerləşdiriliblər. Onlar növbəti gün Bristola uçublar.
“Thomson Airways” insidentlə bağlı araşdırmalara başlayıb.
Hadisənin dəqiq baş vermə səbəbi hələ ki, məlum deyil.
Gununsesi.info