İngiltərə “Vaqner” muzdlu silahlı qruplaşmasını terror təşkilatı olaraq tanımağa hazırlaşır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərənin Daxili İşlər Naziri Suella Braverman açıqlama verib.
“Açıq və sadədir: Bunlar terrorçudur”, – deyə nazir bildirib.
Rus muzdlu əsgərlərindən qurulan “Vaqner” silahlı qruplaşmasının İngiltərədə terror təşkilatları siyahısına alınacağı açıqlanıb.
“Vaqner” rəsmən bu siyahıya alınacağı durumda, 2000 nömrəli Terror Qanunu çərçivəsində “Vaqner” dəstəkçilərinə 14 ilədək həbs cəzasının veriləcəyi gözlənilir.
Onların mallarına, aktivlərinə əlqoyma-müsadirə kimi tədbirlər gerçəkləşdirilə biləcək.
Yerli mətbuatın yazdıaqlarına görə, nazir Braverman “Vaqner”i Putinin Rusiya xaricindəki “əsgəri vasitəsi” olaraq qiymətləndirib.
“Bunlar yağmalama, işgəncə, barbarca cinayətlərə qarışdı. Ukrayna, Orta Şərq və Afrikade etdikləri qlobal bir təhdiddir”, – nazir deyib.
Barverman “Vaqner”in qanunsuz elan edilməsi ilə Ukraynaya Rusiya ilə mübarizəsində dəstək verməyi davam etdirəcəklərini də vurğulayıb.
Tərcümə: Arzu