İngiltərə Xorvatiyaya qarşı

Картинки по запросу Bu gün DÇ-2018-də yarımfinal

Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulacaq.

Gununsesi.info bildirir ki, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşəcək.

Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gələcək. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi kuboka bir addım da yaxınlaşmağa çalışacaq.

Xorvatiya yığması isə tarixində ilk dəfə finalda oynamaq arzusundadır. DÇ-1998-dəki rekordunu – bürünc medalı yaxşılaşdırmaq əzmində olan balkanlılar məğlub olmadıqları mundialdakı uğurlu çıxışı davam etdirmək üçün mübarizə aparacaq.

DÇ-2018

Yarımfinal

 11 iyul

22:00. Xorvatiya – İngiltərə

Hakimlər: Cüneyt Çakır, Bahettin Duran, Tarik Ongun (hamısı Türkiyə), Byorn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu

COMMENTS