İngiltərədə avtobus aşıb: 10-dan çox adam xəsarət alıb

  • By admin
  • 05 Oktyabr 2019 20:59

İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb.

Gununsesi.org-un məlumatına görə, qəzada 10-dan çox adam xəsarət alıb birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Devon polis idarəsinin açıqlamasında deyilir: “Hadisə yerinə təcili yardım maşınları və xilasetmə vertolyotu göndərilib. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerindədir”.

Qəzanın baş verdiyi magistral hissədəki nəqliyyat müvəqqəti olaraq bağlanıb. Qəzanın səbəbləri araşdırılır.

 

 

Gununsesi.org