İngiltərədə mühacirlərin oteli yandırıldı - ARTIQ XOŞ GƏLMİRSİNİZ!

  • By admin
  • 05 Avqust 2024 10:23

Böyük Britaniyada 3 qızı öldürən şəxsin mühacir və müsəlman olması bu ölkədə böyük etirazlara səbəb olub.

 

Gununsesi.info-nun xəbərinə görə, bu xəbərin ardınca ifrat sağçı qruplar  Southport şəhərində məscidə hücum edib.

 

İngiltərədə mühacir əleyhinə ifrat sağçı etirazlar bütün ölkəyə yayılarkən etirazçılar bazar günü günorta saatlarında Rotherham şəhərində sığınacaq axtaranların və qeyri-qanuni mühacirlərin qaldığı otelin qarşısına toplaşaraq oteli yandırmağa cəhd ediblər.

Mühacirlərin yerləşdiyi Holiday Inn Express otelinə girməyə çalışan ifrat sağçı etirazçılar oteli daşqalaq ediblər. Daha sonra stul kimi əşyalar ataraq otelin şüşələrini sındırmağa çalışıb.

Bildirilib ki, mühacir əleyhdarı etirazçılar “Artıq xoş gəlmirsiniz” və “Onları çıxarın” kimi şüarlar səsləndiriblər.

Sosial mediada yayımlanan görüntülərdə maskalı etirazçılardan bəzilərinin binanın kənarındakı zibil qutularını yandırdığı, otelin pəncərələrini sındıraraq içəri girdiyi və binanın birinci mərtəbəsində yanğın törətdiyi görülüb.

.

Günay Mahirqızı

Gununsesi.info